Yanvarın 10-da azərbaycanlı gitaraçı Rövşən Məmmədquliyevin ABŞ-ın Marylhurst Universitetində konserti olacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Konsert “Portland Classic Guitar” seriyası çərçivəsində təşkil olunacaq.
Rövşən Məmmədquliyev 2012-ci ildə Amerika Gitara Fondunun beynəlxalq müsabiqəsinin qalibi olub. O, Rusiya, Fransa, Ukrayna, İtaliya, Portuqaliya, Polşa və digər ölkələrdə keçirilmiş müxtəlif müsabiqə və festivallarda müvəffəqiyyət qazanıb.
Onun yaradıcılıq uğurlarına Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mükafatı, Nijni Novqorod şəhəri merinin və bu vilayətin qubernatorunun, “Yeni adlar” Beynəlxalq xeyriyyə proqramının təqaüdləri də daxildir.