1 yanvar 2014-cü il tarixinə Azərbaycan əhalisinin banklarda olan əmanətləri 6,8 mlrd. manat təşkil edir. Bu barədə maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
“2013-cü ildə Azərbaycanda əhalinin bank əmanətləri 34% artıb”, - deyə nazir bildirib.