Azərbaycanın müdafiə naziri Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Nazirin rəhbərlik etdiyi heyət hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, eləcə də şəxsi heyətin sosial-məişət şəraitini yoxlayacaq.