Prezident İlham Əliyev cümə günü 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir.
Bundan başqa, Nazirlər Kabinetinə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.