Bakıda baş vermiş iki yol-nəqliyyat hadisəsində yeddi nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Xəzər rayonunun Binə qəsəbəsində “VAZ-21074” markalı avtomobil iki piyadanı vuraraq yol kənarında saxlanmış “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə “Jiquli”nin sürücüsü və hər iki piyada 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib.
Bundan başqa, Bakının Sabunçu rayonu ərazisində Qala-Binə yolunun 30-cu kilometrliyində “VAZ-21011” markalı avtomobil teplovoza çırpılıb. Nəticədə sürücü və 3 sərnişin elə həmin xəstəxanaya çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.