Cümə günü “Azərbaycan Dəmir Yolları” QSC-nin binası qarşısında kişi qatar bələdçiləri etiraz aksiyası keçirirlər.
Səbəb rəhbərliyin beynəlxalq reyslərdə kişi bələdçiləri qadınlarla əvəz etməsidir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov beynəlxalq reyslərə qadın bələdçilərin təyin edilməsi faktını təsdiq edib. Onun sözlərinə görə, məqsəd beynəlxalq istiqamətlərdə sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsidir.
Bundan başqa, o qeyd edib ki, bu addım həm də bələdçilər tərəfindən qanunsuz yüklərin daşınması və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədardır.