“Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası almağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbyacan” agentliyinə ASC-dən məlumat verilib.
Satınalma tender yolu ilə üç lot üzrə həyata keçirilir.
Lot №1 traktorlar üçün 699 ədəd qoşqunun alınmasını nəzərdə tutur. İştirak haqqı 1000 manat təşkil edir.
Lot №2 40-45 at gücünə malik 80 ədəd traktorun alınmasını nəzərdə tutur. İştirak haqqı 400 manat təşkil edir.
Lot №3 traktorlar üçün 30 ədəd qoşqunun və 160 ədəd kotanın alınmasını nəzərdə tutur. İştirak haqqı 200 manatdır.
Qaliblərin müəyyənləşdirilməsində aşağıdakı meyarlar nəzərə alınacaq: aşağı qiymət, standartlara uyğunluq, işlərin yerinə yetirilmə müddəti və keyfiyyətə zəmanət.
Təkliflər fevralın 28-nə qədər qəbul ediləcək və martın 3-də qiymətləndiriləcək.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.