Bazar ertəsi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransaya rəsmi səfərə yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Z.Həsənovun Fransanın müdafiə naziri Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo, eləcə də bu ölkənin müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılacaq.
Səfər çərçivəsində müdafiə sahəsində əməkdaşlıq Anlaşması imzalanacaq.
Z.Həsənovun Fransaya rəsmi səfər yanvarın 14-dək davam edəcək.