Yanvarın 19-da Azərbaycan Dövlət Opera və Balet Teatrında İohan Ştrausun musiqisi əsasında “Düyməcik” baleti nümayiş olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
“Tamaşanı zəngin və rəngarəng dekorasiya və kostyumlar fərqləndirir. İlin əvvəlində baletin nümayişi uşaqlar üçün hədiyyə olacaq. Tamaşa uşaqların estetik tərbiyəsinə və onlarda zövqün formalaşmasına yönəlib. İ.Ştrausun gözəl musiqisi, əlbəttə ki, tamaşaçıların xoşuna gələcək və onlarda unudulmaz təəssürat yaradacaq”, - deyə agentliyin müsahibi bildirib.
Baletin quruluşçu xoreoqrafı Rusiyanın xalq artisti Liya Sabitova, quruluşçu rəssamı isə Dmitri Çerbadjidir.
Tamaşada balet artistləri ilə yanaşı, Bakı Xoreoqrafiya Məktəbinin tələbələri də iştirak edəcəklər. Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.