Ötən həftə Azərbaycanda qeydə alınmış yol-nəqliyyat hadisələrində 15 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə respublikada qeydə alınmış 32 yol-nəqliyyat hadisəsində 62 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzalarından biri Sabirabad rayonunda baş verib. “VAZ-21011”markalı minik maşını ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində minik maşınının sürücüsü və üç sərnişini həlak olub.