Özbəkistanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsindən məlumat verilib.
DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Özbəkistan vətəndaşı Ferat Appasov tutulub. O, Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsi (insan alveri) ilə axtarışda olub.
Araşdırma aparılır.