SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə axşamı Azərbaycanın bir neçə rayonunda qaz təchizatına məhdudiyyət qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işlərinin aparılması ilə əlaqədar olaraq saat 08:00-dan saat 20:00-dək İmişli rayonuna və Saatlı rayonunun bir hissəsinə, saat 16:00-dək Bakının Səbail və Qaradağ rayonlarının bir hissəsinə, saat 17:00-dək Yevlax rayonunun Kövər kəndinə və İsmayıllı şəhəri daxil olmaqla rayonun bir hissəsinə məhdudiyyət qoyulub.
Bundan başqa, saat 11:00-dan 17:00-dək Şamaxı və Bakının Xəzər rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.