Azərbaycanın cənub bölgəsində yaşlı qadın həyat yoldaşını qətlə yetirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Astara rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Pensər kəndində rayon sakini, 1941-ci il təvəllüdlü Nənəxanım Qasımova ailə münaqişəsi zəminində küt alətlə 1936-cı il təvəllüdlü Nəriman Qasımovu baş nahiyəsindən vurub. Nəticədə kişi hadisə yerində ölüb.
İstintaq-əməliyyat qrupu daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirib, mərhumun meyiti Astara rayonu Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsinə göndərilib.
Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.