Kənd təsərrüfatı naziri Heydər Əsədov Berlin şəhərində keçiriləcək ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq “Yaşıl Həftə” sərgisində iştirak etmək üçün 15-19 yanvar tarixlərində Almaniya Federativ Respublikasına (AFR) səfər edəcək. Bu barədə nazirliyin məlumatında deyilir.
H.Əsədov sərgi çərçivəsində Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda, habelə Kənd Təsərrüfatı Nazirlərinin 6-cı Berlin Sammitində iştirak edəcək.
Nazir AFR-in kənd təsərrüfatı və aqrar-sənaye kompleksi sahəsində əldə etdiyi təcrübə ilə yaxından tanış olmaq niyyətindədir .