Yanvarın 21-də Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutu (BSİ) İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində enerji idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə təlimlərə başlayacaq. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.
Üç gün ərzində keçiriləcək təlimləri müvəfəqiyyətlə bitirən iştirakçılar BSİ-nin rəsmi sertifikatı ilə təltif olunacaqlar.