Vergilər Nazirliyi 2013-cü ildə 72,984 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2012-ci ildə Vergilər Nazirliyi 72,263 min vergi ödəyicisini qeydiyyata alıb. Beləliklə, 2013-cü ildə qeydə alınmış vergi ödəyicilərinin sayı 1% artıb.
2013-cü ildə 30,791 min vergi ödəyicisi və ya bu dövrdə qeydiyyatdan keçmiş bütün fiziki və və hüquqi şəxslərin 42,2%-i qeydiyyatdan keçib.
2014-cü il yanvarın 1-nə olan vəziyyətə görə, respublikada vergi ödəyicilərinin ümumi sayı 537,828 min təşkil edir, bu isə 2012-ci ilin əvvəlinə olan göstəricidən 11,6% çoxdur.
2013-cü ildə vergi ödəyicilərinin Vergilər Nazirliyinə elektron formatda göndərdikləri vergi bəyannamələrinin xüsusi çəkisi 90,3% təşkil edib.
Xəbər veridliyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi ilə qeydiyyat sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu sistem üzrə qeydiyyat prosesi Vergilər Nazirliyi vasitəsilə üç gün ərzində həyata keçirilir.