2013-cü ildə icazələrin elektron informasiya portalını (www.icazeler.gov.az) 152 mindən artıq internet istifadəçisi ziyarət edib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi 2012-ci ilin mart ayının ortalarında www.icazeler.gov.az portalının təqdimatını keçirib.
Ötən ilin dekabr ayında portalı 11 minə yaxın, 2012-ci ilin mart ayından isə 227 mindən çox internet istifadəçisi ziyarət edib.
Portalın yaradılmasında məqsəd sahibkarlığın inkişafında inzibati maneələrin aradan qaldırılması, İKT sahəsində nailiyyətlərin geniş tətbiqi, qabaqcıl informasiya sistemlərinin yaradılması və şəffaflığın artırılmasıdır. Saytda hər bir fəaliyyət növü üzrə lisenziya və icazələrin alınması şərtləri barədə bütün məlumatlar yerləşdirilib.
Bundan başqa, sahibkarlar sayt vasitəsilə dövlət orqanları tərəfindən hazırlanan və lisenziyalaşdırma və yerləşdirmə sisteminə dair ayrı-ayrı normativ sənədlərin layihələri ilə tanış olmaq imkanı əldə edirlər. Bu sənədlərin layihələri saytda yerləşdirilir, sahibkarlar onlar barədə təklif və iradlarını bildirə bilərlər.