Mingəçevirdə beş avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Mingəçevir şəhərinin Təbriz küçəsində iki “VAZ-2106”, “VAZ-21010”, “Opel” və "Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış beş nəfər Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
İlkin araşdırmalara görə, qəza yüksək sürət və yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.