Azərbaycan yanvarın 13-dən Rusiyaya qaz tədarükünü tam dayandırıb. Bu barədə Rusiyanın Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib.
Qaz tədarükünün həcmi sutkada 3 mln. kubmetr təşkil edirdi.
“Qazprom”dan Qaz İnformasiya Agentliyinə məlumat verilib ki, Azərbaycan tərəfi qaz tədarükünün dayandırılma səbəbləri və tədarükün mümkün bərpa müddəti barədə hələ məlumat verməyib.
Azərbaycan qazı Dağıstanın qaz təchizatı mənbələrindən biridir.