Bakıda Yevlax sakininin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı şəhər Baş Polis İarəsindən məlumat verilib.
Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı “Daewoo” markalı sərnişin avtobusu Yevlax rayon sakini Mahir Əliyevi ölümcül vurub.
Sürücü Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə gətirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.