Bank VTB (Azərbaycan) ASC-nin mətbuat xidməti “Yeni Müsavat” qəzetinin Bankın sədrinə qarşı, həmçinin bank əməliyyatlarına aparılmasına dair 14.01.2014-cü il tarixdə yaydığı yalan məlumatı təkzib edir.
Bankın mətbuat xidməti bildirir ki, Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryomin öz iş yerindədir və vəzifə borclarını icra edir. 2014-cü ilin ilk iş günlərindən başlayaraq Bankın işində boşdayanmalar olmayıb, bank adi iş rejimində fəaliyyət göstərir.
Bank VTB (Azerbaycan) öz işgüzar nüfuzunu məhkəmədə qorumaq üçün bütün gərəkli tədbirləri görəcəkdir.
Arayış üçün:
Bank VTB (Azərbaycan)
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 4 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.