Yanvarın 14-də İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.
Ötən əsrin 70-ci illərində qələmə alınmış bu əsər günümüzün reallıqları ilə tam səsləşir. Əsər insanları bir-birinə diqqət və sevgi ilə yanaşmağa,onları mərhəmətli olmağa çağırır.