SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodu (BNEZ) katalitik riforminq qurğusunda təmir işlərini başa çatdırıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Təmir prosesində katalitik riforminq qurğusunun hidro-təmizləmə bölməsində yaranan nasazlıq aradan qaldırılıb.
Bundan başqa, 111 nömrəli kompressorun çıxış xətləri su buxarı ilə təmizlənib, 111 nömrəli sobanın su buxarı xətlərində olan nasazlıqlar aradan qaldırılıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.