"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma" imzalanıb. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Sənəd müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Fransaya başa çatan rəsmi səfəri çərçivəsində görüşlərin nəticəsi olaraq imzalanıb.
Səfər zamanı Z.Həsənov Fransanın hərbi rəhbərliyi və müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb.