Yanvarın 22-də Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Leninqrad şəhərinin Sovet qoşunları tərəfindən alman-faşistlərin blokadasından azad edilməsinin 70 illiyi”nə həsr olunmuş fotosərgi, o cümlədən blokada iştirakçılarının gənclər və jurnalistlərlə görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Hazırda Azərbaycanda Leninqrad blokadasında iştirak etmiş 11 nəfər yaşayır.
Tədbir “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi, “Leninqrad Blokadası İştirakçıları” İctimai Birliyi və RİMM nəzdində fəaliyyət göstərən “Sozvezdiye” yaradıcı gənclər klubu tərəfindən təşkil olunub.
Blokada iştirakçıları müharibə illərində yaşadıqları ağır günlər, müharibədən sonrakı həyatları barədə danışacaq, jurnalistlərin suallarına cavab verəcəklər.