İraqda baş verən silsilə partlayışlar ən azı 26 nəfərin həyatına son qoyub. Bu barədə çərşənbə günü Böyük Britaniyanın BBC teleradio korporasiyası məlumat verib.
Həmçinin onlarla insanın yaralanması barədə məlumatlar daxil olur.
BBC-nin məlumatına görə, partlayışlar Baakuba və Bağdadda baş verib.