Çərşənbə günü prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Brüsselə işgüzar səfər çərçivəsində İ.Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşü və Şimali Atlantika Şurasında çıxışı gözlənilir.