Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü il yanvarın 15-dən vətəndaşların videoqəbulu mexanizmini tətbiq etməyə başlayıb. Bu barədə QKDK-nın məlumatında deyilir.
Bu yenilik vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, eləcə də vətəndaşlar arasında daha operativ və səmərəli münasibətlərin qurulması məqsədilə tətbiq edilir.
“Hər bir vətəndaş komitənin rəsmi internet saytı vasitəsilə əlaqə yarada bilər”, - deyə məlumatda qeyd olunur.