Dəfələrlə Bakıda olmuş Belarusun “Ana və uşaq” Elmi-Praktiki Mərkəzinin direktor müavini, dosent, cərrah, mama-ginekoloq Aleksandr Barsukov yenidən Bakıda pasiyentləri qəbul edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
A.Barsukov yanvarın 20-dən Respublika Müalicə Diaqnostika Mərkəzində qəbula başlayacaq.
Qəbula 913 və ya 530 90 29 nömrəli telefonlarla, eləcə də www.rmdm.az. saytında onlayn qaydada yazılmaq mümkündür.
A.Barsukov dəfələrlə Bakıda olub. Onun Bakıya son səfəri zamanı pasiyentlərin qəbulu Respublika Müalicə Diaqnostika Mərkəzində həyata keçirilib. Həkim hər gün beş nəfəri qəbul edib və bir neçə mürəkkəb texnoloji əməliyyatlar aparıb. A.Barsukov bakılı mütəxəssislərə ustad dərsləri verib, təqdimatlar keçirib. Bundan başqa, təcrübə mübadiləsi aparılıb.