Bakı polisi narkotik vasitələrin saxlanması və satışında şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü paytaxtın Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları Lerik rayon sakini Rasim Ağayevi həbs ediblər. Onun üzərindən 1 kq 235 qram marixuana aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.