Yanvarın 17-də xalq artisti Həsən Məmmədovun 75 illik yubileyi münasibətilə xatirə tədbiri keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə Dövlət Film Fondunda keçiriləcək.
Gecədə kino aktyorunun sənət dostlarının xatirələri dinlənəcək, H.Məmmədova həsr edilən fotosərgi nümayiş etdiriləcək, rol aldığı filmlərdən fraqmentlər göstəriləcək.
H.Məmmədov “Yeddi oğul istərəm”, “Arşın mal alan”, “Böyük dayaq”, “Arxadan vurulan zərbə”, “İstintaq”, “Mən hələ qayıdacağam”, “Gün keçdi” və s. filmlərdə çəkilib.