Son bir sutka ərzində Bakıda üç piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisələri baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Xəzər rayonunda “Mercedes” markalı avtomobil paytaxt sakini Telli Məhərrəmovanı ölümcül vurub. Nizami rayonunda isə “Ford” markalı avtomobil Bakı sakini Adilə Məmmədovanı vurub. Nəticədə o, hadisə yerində həlak olub.
Bundan başqa, paytaxtın qəsəbəsində yeniyetmənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayonunun Pirşağı qəsəbəsində “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək mağazaya girib və burada paytaxt sakini, 2004-cü il təvəllüdlü Əlövsət Allahverdiyevi vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hər üç faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.