2012-ci ilin dekabrından 2014-cü il yanvarın 1-nə qədər Azərbaycanın “Elektron hökumət” portalına (www.e-gov.az) 456,712 min daxilolma qeydə alınıb. Bu barədə “e-hökumət”in aylıq bülletenində məlumat verilir.
Məlumata əsasən, bu dövrdə portala 736,447 min e-xidmət üzrə edilən müraciətlərin ümumi sayı 262,566 min təşkil edib.
“Ümumilikdə vətəndaşların portala marağının artması müşahidə olunur, eləcə də təkrar müraciət edənlərin sayı artır. Bu dövrdə portala müraciət edənlərin 46,7%-ni yeni istifadəçilər, 53,3%-ni təkrar müraciət edənlər təşkil edib”, - deyə bülletendə bildirilir.
2014-cü il yanvarın 1-nə 25,029 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb.
Materiallara əsasən, cari il yanvarın 1-nə Azərbaycanda e-imza almış istifadəçilərin sayı 17,834 min, portalda təqdim edilən xidmətlərin sayı 282 təşkil edib.