Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakı və Astananın regional təhlükəsizliyin təminatına töhfə verdiyini qeyd edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, cümə axşamı Qazaxıstanın səfiri Amangeldı Jumabayev ilə görüş zamanı Z.Həsənov bildirib ki, iki ölkənin hərbi sahədə fəaliyyətləri mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edir.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
A.Jumabayev Qazaxıstanla Azərbaycan arasında əlaqələrin möhkəm tarixi bazaya əsaslandığını qeyd edib. Diplomat vurğulayıb ki, iqtisadi, siyasi və hərbi sahədə yaxın mövqedən çıxış etməsi ilə yanaşı, hər iki ölkə Xəzər dənizi məsələsində də vacib tərəfdaşdır.