Dünya Boks Şurasının (WBC) prezidenti Xose Süleyman uzunsürən xəstəlik və ürəyində aparılan əməliyyatdan sonra cümə axşamı 82 yaşında Los-Ancelesdə vəfat edib.
“Allboxing”in verdiyi məlumata görə, X.Süleyman 1968-ci ildə WBC-də fəaliyyətə başlayıb. 1975-ci il dekabrın 5-də isə yekdilliklə prezident vəzifəsinə seçilib.
X.Süleymanın adı beynəlxalq idman təşkilatına ən çox rəhbərlik etmiş şəxs qismində Ginnesin Rekordlar Kitabına daxil edilib.
2007-ci ildə o, boksun Şöhrət Zalına daxil edilib.