Yasamal rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Texniki Universitetində təmir işləri aparılan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub. Nəticədə fəhlə Daşqın Vəliyev (1973-cü il təvəllüdlü) hadisə yerində dünyasını dəyişib, fəhlə Oqtay Məmmədov (1975-ci il təvəllüdlü) isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.