Azərbaycanın hüquq-mühafizə orqanları ictimai yerdə qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiklərinə görə altı nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5-ci mikrorayonun ərazisində yerləşən “Çempion” çay evində şəhər sakinləri İlkin Bəşirov, Ələkbər Zeynalov, Samir Məmmədkərimov, Hamlet Talıbov, Əlinur Atayev və Rasim Bədəlov saxlanılıblar.
R.Bədəlovun şəhərin 8-ci mikrorayon ərazisindəki yaşadığı mənzilə baxış zamanı “AK-74” markalı avtomat, 1 ədəd avtomat darağı, 2 “F-1” qumbarası və 22 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.