İsveçrənin yeni seçilmiş prezidenti Didier Burkhalter Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallını qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfir D.Burkhalteri prezident seçilməsi münasibətilə təbrik edib və prezident İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb.
İsveçrə prezidenti 2014-cü ildə Azərbaycan xalqına və dövlətinə uğurlar, firavanlıq və müvəffəqiyyətlər arzulayıb.