“Sheki Aqro İndustries” MMC 2013-cü ildə 2 752 ton süd istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun müxbiri məlumat verib.
2013-cü ildə müəssisədə mal-qaranın sayı 1 194-ə çatıb.
MMC-nin məlumatına görə, “Sheki Aqro İndustries” 2007-2008-ci illərdə Hollandiyadan “Holstein Friesian” cinsli 612 baş mal-qara gətirib.
“Sheki Aqro İndustries” 2008-ci ildə Şəki rayonunun Orta Zəyzid kəndində dövlət investisiyaları hesabına yaradılıb və regionun ən iri heyvandarlıq kompleksidir. Kompleks müasir fermalar, sağım sexi, laboratoriya və digər zəruri infrastrukturdan ibarətdir.