2013-cü ildə Azərbaycan 7 mlrd. 294 mln. 698,9 min kubmetr qaz ixrac edib ki, bu da 2012-ci ilin göstəricisindən 4,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agetliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bununla yanaşı, hesabat ilində sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $701 mln. 980,2 min məbləğində 3 mlrd. 35 mln. 62,28 min kubmetr qaz ixrac edilib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.