Fariz Əzizov Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin yeni sədri təyin olunub. Bu barədə birjanın məlumatında qeyd edilir.
F.Əzizov bu postda başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizə təqdim etmiş Əmin Muradovu əvəz edib.
BFB-nin səhmdarları ümumi yığıncaqda F.Əzizovun birjanın İdarə Heyətinin sədri postuna təyinatını təsdiq ediblər.
F.Əzizov 1978-ci ildə Bakıda anadan olub. 1999-2007-ci illərdə müxtəlif sığorta şirkətlərində çalışıb. 2009-2011-ci illərdə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini, 2011-ci ilin aprelindən isə sədri olub.