Bakının Yasamal rayonunda “AG Bank”ın “Elmlər” filialı fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında bildirilir.
Bu, bankın 22-ci, o cümlədən pərakəndə müştərilərə xidmət üçün nəzərdə tutulmuş 4-cü filialıdır. Filialda müştərilərə həm kredit, həm də qeyri-kredit bank xidmətləri təklif olunur, həmçinin təcili pul köçürmələri, hesablaşma-kassa xidməti və digər xidmətlər göstəriləcək.
Müştərilər tərəfindən kredit məhsullarına ehtiyac olduğu halda istehlak kreditlərini sadələşdirilmiş şərtlərlə 30 dəqiqə ərzində əldə etmək mümkündür.
“Elmlər” filialı Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 32 ünvanında yerləşir və müştərilərə həftə içi hər gün saat 09.00-dan 19.00-dək xidmət göstərir.
“AGBank” 1992-ci ildə yaradılıb və hazırda Azərbaycanın aparıcı banklarından biridir. Bankın səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası (17,5%), “Kazimir Partners” şirkəti (10%), fiziki şəxslər Çingiz Əsədullayev (27,532%) və Fərzulla Yusifovdur (23,111%). Bundan başqa, bankın 74 minoritar səhmdarı var (onların payı 21,856%-dir).