Zaqatala rayonunda baş vermiş yol- nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Zaqatala rayonunun Car kəndi ərazisində “UAZ” markalı avtomobil çaya düşüb. Qəza nəticəsində sürücü hadisə yerində həlak olub. Maşında olan sərnişinlər - sürücünün həyat yoldaşı və iki həmkəndlisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.