Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 22-də Bakı Fond Birjasında (BFB) 8 mln. manatlıq qısamüddətli notun yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
Notların emissiya həcmi 30 mln. manat təşkil edir. Nominal dəyəri 100 manat olan 300 min notun tədavül müddəti 28 gün, ödənilmə tarixi 19 fevral 2014-cü ildir.
Xəbər verildiyi kimi, Mərkəzi Bank qısamüddətli notların buraxılışına 2004-cü ilin sentyabrında başlayıb. Notların buraxılması Milli Bank və BFB arasında 2004-cü il iyulun 5-də imzalanmış sazişə əsasən həyata keçirilir.
2014-cü ildə AMB 2 mlrd. manat məbləğində not buraxmağı planlaşdırır.