Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyəti sədrinin vəzifəsini Mərkəzin İdarə Heyəti sədrinin 1-ci müavini Akşın Cahangirov icra edəcək. Bu barədə MDM-in məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, Fariz Əzizovun Bakı Fond Birjasının İdarə Heyətinin sədri seçilməsi ilə əlaqədar olaraq MDM-in rəhəri postu boş qalmışdı.
Akşın Fehruz oğlu Cahangirov 1978-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə “Azərsun” şirkətində başlayıb. Sonrakı illərdə “BakıSığorta” ASC və “Az Sığorta” ASC-də işləyib. 2011-ci ilin aprel ayından MDM-in İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə təyin olunub.