SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2013-cü ildə 7 mlrd. 139,7 mln. kubmetr qaz hasil edib, bu isə 2012-ci ilin göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2013-cü ildə Azərbaycanda 29 mlrd. 450,6 mln. kubmetr qaz (artım 9,4%) hasil olunub, bunun 24,2%-i SOCAR-ın payına düşüb.
2013-cü ilin dekabr ayında ARDNŞ tərəfindən 585,4 mln. kubmetr qaz hasil edilib. Bu dövrdə respublika üzrə ümumi qaz hasilatı 2 mlrd. 540 mln. kubmetr təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 26 mlrd. 908,8 mln. kubmetr təşkil edib, bunun 6 mlrd. 924,6 mln. kubmetri SOCAR-ın payına düşüb.