Azərbaycanın qərb bölgəsində atasının avtomobilini qaçıran yeniyetmə iki piyadanı vurub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Müəyyən olunub ki, Şəmkir rayonunun Qapanlı kəndi ərazisində kənd sakini Şahin Mahmudov (1999-cu il təvəllüdlü) “VAZ-2106” marakalı avtomobillə rayon sakinləri Röyal Məmmədovu (1999-cu il təvəllüdlü) və Ramin Məmmədovu (2004-cü il təvəllüdlü) vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış hər iki piyada Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Təhqiqat zamanı məlum olub ki, Ş.Mahmudov atasına məxsus maşının açarlarını icazəsiz götürərək avtomobil yoluna çıxıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.