2013-cü ildə “Azərsu” abunəçilərinin sayı 7% - 1 yanvar 2014-cü il tarixinə 1 mln. 218,143 minə qədər artıb. Bu barədə ASC-nin məlumatında bildirilir.
Bununla yanaşı, istehlakçıların 97%-i və ya 1 mln. 177,236 mini əhali, qalan 3%-i və ya 40,907 mini qeyri-əhali qrupu abunəçiləridir.
2013-cü ildə sayğaclaşma səviyyəsi 9% artaraq 57%-ə çatıb.
1 yanvar 2014-cü il tarixinə olan məlumata görə, su təchizatı xidməti göstərilən abunəçilərin 670 mini sayğacla təmin olunub. Sayğaclaşma səviyyəsi əhali qrupu abunəçiləri üzrə 54,6%, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 85,5% təşkil edib.