2013-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 5 mlrd. 244,6 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 4,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Hesabat ilində heyvandarlıq məhsulları istehsalı 5,5% artıb. Bununla yanaşı, 2013-cü ildə ölkədə 514,4 min ton ət, 1820,5 min ton süd, 1401,5 mln. ədəd yumurta və 16,8 min ton yun istehsal olunub.
Ötən il bitkiçilik məhsulları istehsalı 4,2% artıb.
2013-cü ildə respublikada qarğıdalı da daxil olmaqla 2961,9 min ton taxıl, 992,7 min ton kartof, 1232,8 min ton tərəvəz, 44,8 min ton pambıq, 852,9 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 154,1 min ton üzüm, 181,4 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,7 ton yaşıl çay yarpağı toplanıb.
2014-cü ilin məhsulu üçün 1088,2 min hektar sahədə şum qaldırılıb, 979,1 min hektar sahədə dən üçün taxıl, o cümlədən 646,3 min hektar sahədə buğda, 332,7 min hektar sahədə arpa səpilib.