Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə səfərdə olan prezident İlham Əliyev “Philips” şirkətinin vitse-prezidenti və satış üzrə rəhbəri Ronald de Jong ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, qazanılmış uğurlar nəticəsində investorların səmərəli fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığı qeyd edilib, “Philips” şirkəti ilə mümkün əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.